BAKI, 29 sentyabr. TELEQRAF

“Ukraynanı manipulyasiya etməyə çalışan Avropa ölkələri ilanı öz əlləri ilə bəslədiklərini başa düşməlidirlər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

M.Zaxarovanın açıqlaması Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya köçürməyə hazırlaşdığı məlumatları fonunda verilib.

Almaniya Kansleri Fridrix Merts Berlinin Ukraynaya Rusiya aktivləri hesabına təxminən 140 milyard avro faizsiz kreditin verilməsinin tərəfdarı olduğunu açıqlayıb.