BAKI, 2 sentyabr. TELEQRAF

Şimali Koreyanın Ukraynadakı müharibədə 2000-ə yaxın hərbçisi öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Yonhap” Cənubi Koreya kəşfiyyatına istinadla məlumat yayıb.

Kəşfiyyat məlumatına görə, Şimali Koreya qoşun yerləşdirmənin üçüncü partiyası çərçivəsində Rusiyaya əlavə 6000 hərbçi göndərməyi planlaşdırır.

Qeyd edək ki, Pxenyan ötən ilin oktyabrından Rusiyanın Ukraynaya qarşı hərbi səylərini dəstəkləmək üçün 13 minə yaxın əsgər və çoxlu sayda silah göndərib.