BAKI, 11 iyul. TELEQRAF
Kiyev rejiminə silah tədarük edənlər dinc vətəndaşların öldürülməsində iştirakçı olurlar.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Kiyev rejiminə silah tədarük edənlər dinc vətəndaşların öldürülməsində, mülki infrastrukturun məhv edilməsində iştirakçı olurlar. Onlar Bankova küçəsində terror aktı törətmiş tör-töküntüləri maliyyələşdirməyə davam edirlər”, - Zaxarova deyib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin hava zərbəsi nəticəsində Rusiyanın işğalı altında olan Xerson vilayətinin Alyoşki şəhərində beşmərtəbəli bina uçub, dağıntılar altında insanlar qalıb.