BAKI, 4 iyun. TELEQRAF

Niderland parlamentində əksəriyyət erkən seçkilərin mümkün qədər tez keçirilməsinin tərəfdarıdır.

Teleqraf xəbər verir ki, bu barədə Niderland Krallığının baş naziri səlahiyyətlərini icra edən Dik Şof bildirib.

"Növbədənkənar seçkilərin keçirilməsi variantı parlamentdə geniş dəstək alıb. Daxili işlər naziri Seçki Şurası və bələdiyyələrlə məsləhətləşdikdən sonra hansı tarixlərin seçkilər üçün uyğun olduğunu nəzərdən keçirəcək və Nazirlər Kabinetinə təklif təqdim edəcək”, - D. Şof qeyd edib.

O əlavə edib ki, bu prosedur ən qısa zamanda həyata keçiriləcək.