BAKI, 4 iyun. TELEQRAF

Moskva ilə Kiyev arasında məhbus mübadiləsi böyük ehtimalla “1200-dən 1200-ə” düsturuna əsasən reallaşacaq.

Teleqraf xəbər verir ki, bu sözləri İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.

“Rusiya 7, 8 və 9 iyunda Ukrayna ilə əsir mübadiləsinə başlamağa hazırdır", - deyə o qeyd edib.

Məsələ ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.