BAKI, 3 iyun. TELEQRAF
Rusiya pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün orbitdə 100-dən çox peyk yerləşdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" Roskosmosun baş direktoru Dmitri Bakanova istinadən məlumat yayıb.
Roskosmos rəhbərinin sözlərinə görə, bu layihə Yerin 114 məsafədən zondlama qurğusunun və 886 Rassvet genişzolaqlı internet peykinin orbitə çıxarılmasını nəzərdə tutur. Dmitri Bakanov qeyd edib ki, Rusiya Prezidenti yanında Strateji Şura milli layihəyə iyunun 10-da baxacaq.