BAKI, 3 iyun. TELEQRAF

Niderlandın Baş naziri Dik Shof ölkə hökumətinin istefaya getdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, onun çıxışı "X" hesabında yayımlanıb.

"Azadlıq Partiyasının (PVV) Nümayəndələr Palatasını tərk etməsi ilə bu hökumətə kifayət qədər dəstək yoxdur", - Şof bildirib.

Həmçinin qeyd olunub ki, növbədənkənar seçkilər keçirilənə qədər hazırkı Baş nazir vəzifəsində qalacaq.