BAKI, 2 iyun. TELEQRAF
Rusiya ordusunun Şimal qüvvələri qrupunun hava-kəşfiyyat vasitələri Sumı vilayətində yerləşən Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqəsini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VGTRK) müxbiri Andrey Rudenko məlumat verib.
“Düşmənin (Ukrayna - red.) yerləşdiyi yerin dəqiq koordinatları müəyyən edilərək, təsdiqləndikdən sonra atəş gücündən istifadə etmək qərarına verilib, - nəşr yazır.
Bildirilir ki, obyektiv nəzarət vasitələri real vaxt rejimində Ukrayna Silahlı Qüvvələrinin PUA-nın idarəetmə məntəqəsinə birbaşa zərbə endirilməsini, sonradan atəş və dağıntıları təsdiqləyib.