BAKI. 2 iyun. TELEQRAF

Rusiya valideynləri və ya qanuni nümayəndələri olan uşaqları geri qaytarmağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski məlumat verib.

Onun sözlərinə görə, uşaqların ailələri müəyyən edildikdə, onlar Ukrayna tərəfinə təhvil veriləcək.

Qeyd edək ki, 2023-cü ilin sonuna olan məlumata görə Ukraynadan Rusiyaya 300 mindən 705 minədək uşaq aparılıb.Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalıblar. Haaqa Beynəlxalq Cinayət Məhkəməsi 17 mart 2023-cü ildə uşaqların deportasiyasına görə Vladimir Putinin həbsi ilə bağlı qərar çıxartmışdı.