BAKI, 2 iyun. TELEQRAF
Rusiya İstanbulda danışıqlarında atəşkəsə razı olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi ölkə liderləri səviyyəsində görüş təklifini rədd edib.
Eyni zamanda o vurğulayıb ki, tərəflər əsirlərin mübadiləsi ilə bağlı razılığa gəliblər.
O əlavə edib ki, Rusiya Ukraynanın atəşkəs təklifinə və liderlərin görüşünə razı olmayıb: “Biz yalnız əsirlərin mübadiləsi ilə bağlı razılaşdıq”.
Nümayəndə heyətinin rəhbəri əsas məqsədlərininj atəşkəsə nail olmaq olduğunu bildirib: "Bizimlə həmrəylik göstərən hər kəsə təşəkkür edirəm. Humanitar problemləri həll edə biləcək səviyyəyə gəlmişik"