BAKI, 2 iyun. 2025.
Polşada keçirilən prezident seçkilərinin ikinci turunda müxalifət partiyası “Hüquq və Ədalət” tərəfindən dəstəklənən mühafizəkar siyasətçi Karol Navrotski qalib gəlib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, səslərin 50,89%-ni (10,6 milyon səs) toplayaraq, hakim “Vətəndaş Koalisiyası”nın namizədi, Varşava meri Rafal Tşaskovskiyə (49,11%, 10,2 milyon səs) qalib gəlib.
Seçki kampaniyası zamanı o bir çox iddialı çıxışı ilə yadda qalıb. Belə ki, o, Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb və Polşa əsgərlərini Ukraynaya göndərməyəcəyinə söz verib.
Bununla belə, Navrotski Polşanın müharibədən sonra Ukraynanın bərpasında əsas rol oynamalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Navrotski 2024-cü ilin fevralında Qırmızı Ordunun abidələrinin sökülməsində iştirak etdiyinə görə Rusiya tərəfindən axtarışa verilib.