VARŞAVA, 2 iyun. TELEQRAF
Mühafizəkar siyasətçi Karol Navrotski Polşa prezidenti oldu.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, səslərin hamısı sayıldıqdan sonra “Hüquq və Ədalət” partiyası tərəfindən dəstəklənən Milli Yaddaş institutunun direktoru Karol Navrotski səsvermədə qalib gəldiyi açıqlanıb.
Məlumata görə, Navrotski 50,9%, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski isə 49,1% səs toplayıb.