BAKI, 30 may. TELEQRAF

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynada atəşkəsin təmin olunması ölkəsinin şərtlərindən bir qismini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu şərtləri BMT Təhlükəsizlik Şurasında keçirilən və “Avropanın Ukrayna ətrafında sülh prosesinə mane olmaq cəhdləri” mövzusuna həsr olunmuş iclas zamanı səsləndirib.

Belə ki, diplomat qeyd edib ki, bunun üçün Qərb Ukraynaya silah tədarükünü dayandırmalı, Ukrayna isə səfərbərlik prosesini ləğv etməlidir.

Diplomatın sözlərinə görə, Moskva bu şərtləri sülhə real addım kimi görür və beynəlxalq ictimaiyyətdən bu məsələdə ədalətli mövqe gözləyir.

O əlavə edib ki, silah axını və səfərbərlik sülh təşəbbüslərini zəiflədərək, qarşıdurmanı dərinləşdirir.