BAKI, 29 may. TELEQRAF

Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna hakimiyyəti ölkə iqtisadiyyatının səkkizinci baxışı çərçivəsində ilkin razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə BVF-nin yaydığı rəsmi açıqlamada bildirilir.

Razılaşmaya əsasən, rəsmi Kiyev 2023-cü ildə təsdiqlənmiş Genişləndirilmiş Fond Proqramı (EFF) çərçivəsində əlavə 500 milyon dollar tranş alacaq.

Qeyd olunub ki, Fondun İcraçı Direktorlar Şurasının təsdiqindən sonra Ukrayna bu vəsaitə çıxış əldə edəcək. Nəticədə, kredit proqramı üzrə ümumi ödəniş həcmi 10,65 milyard dollara çatacaq.