BAKI, 26 may. TELEQRAF

Gecə saatlarında Rusiyanın müxtəlif regionları üzərində, o cümlədən 6-sı Moskva vilayəti üzərində 96 Ukrayna PUA-sı vurulub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bryansk vilayətində 31, Belqorod vilayətində 16, Kursk vilayətində 11, Oryol vilayətində 9, Tula vilayətində 8, Moskva vilayətində 6, Kaluqa vilayətində 5, İvanovo vilayətində 4 PUA, Ryazan vilayətində 2, Vladimir vilayətində 2, Yaroslavl vilayətində 1 və Tatarıstan Respublikası üzərində 1 PUA məhv edilib.