BAKI, 22 may. TELEQRAF
Rusiya Hərbi Hava Qüvvələri gecə ərzində ölkənin regionları üzərində 105 Ukrayna pilotsuz təyyarəsini vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 22-də Moskva vaxtı ilə saat 00:00-dan 05:30-a kimi növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın stasionar qanadlı tipli 105 pilotsuz uçan aparatını (PUA) məhv edib. 35 PUA Moskva vilayəti, 14-ü Oryol vilayəti, 12-si Oryol vilayəti, 12-si Belqorod vilayəti, 11-i Kursk vilayəti, 10-u Tula vilayəti, 9-u Kaluqa vilayəti, 7-si Voronej vilayəti, 3-ü Lipetsk və Smolensk vilayətləri, 1-i Bryansk vilayəti üzərində vurulub”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.