BAKI, 11 aprel. TELEQRAF

Türkiyə Prezident Administrasiyasının (PA) Strategiya və Büdcə qurumunun rəhbəri İbrahim Şeneli müşayiət edən təhlükəsizlik avtomobili Anadolu yolunun Çamlıdere-Gerede hissəsində qəza törədib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Avtomobilin İstanbul istiqamətində hərəkət edən yük maşınına arxadan çırpıldığı bildirilib.

Qəzada bir polis əməkdaşı və PA-nın personalı (avtomobilin sürücüsü) həyatını itirib.

Qəzadan sonra hadisə yerinə çoxlu sayda səhiyyə və təhlükəsizlik qrupu sövq edilib. Şenel və bərabərindəki heyət qəza xəbərini aldıqdan sonra hadisə yerinə qayıdıb.