BAKI, 20 mart. TELEQRAF

Rusiya Ukrayna ərazisinə hər gün raket hücumları ilə yanaşı, yüzə yaxın pilotsuz uçan aparat (PUA) ataraq sülh yox, müharibə istədiyini bir daha sübut edir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bildirib.

XİN qeyd edib ki, ötən gecə Rusiya Ukraynaya 200-ə yaxın “Şahid” dronu atıb.

“Apardığı təbliğata baxmayaraq, Rusiyanın Ukraynaya zərbələri amansız olaraq qalır. Hər gün raket hücumları ilə yanaşı, Ukrayna ərazisinə yüz və ya daha çox PUA atırlar. Bunlar bir daha sübut edir ki, Rusiya sülh yox, müharibə istəyir”, - qurumdan bildirilib.