BAKI, 18 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparmaq üçün Kremlə tələsərkən, mətbuat katibi Dmitri Peskovun sözlərinə diqqət etməməyi söyləyib.

Teleqraf xəbər verir ki, bu barədə Kreml rəhbəri Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) qurultayında çıxış edərkən bildirib.

RSPP-nin prezidenti Aleksandr Şoxin Putinin çıxışından sonra ona xatırladıb ki, dövlət başçısı Trampla görüşə tələsir.

“Peskovun verdiyi məlumata görə, bu görüş Moskva vaxtı ilə 16:00-18:00 arasında gözlənilir”, - o vurğulayıb.

Putin isə buna cavab olaraq, gülərək bildirib: "Peskovu dinləməyin. Peskovun işi belədir".