BAKI, 15 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski gələcək sülh prosesi üçün ölkənin danışıqlar qrupunun tərkibini təsdiqləyib.

Teleqraf xəbər verir ki, müvafiq sərəncamla iştirakçıların siyahısı təsdiq edilib.

Ukrayna danışıqlar qrupuna Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sıbiqa, müdafiə naziri Rüstem Umerov və Prezident Aparatı rəhbərinin müavini Pavlo Palisa daxildir.