
BAKI, 10 mart. TELEQRAF
Rusiyanın Kursk vilayətindəki 10 min hərbçidən ibarət Ukrayna qarnizonu kritik vəziyyətlə üzləşib. Rusiya pilotsuz təyyarələrinin davamlı hücumları Ukrayna qoşunlarının regionda irəliləməsi üçün əsas müdafiə nöqtəsi olan Kursk və Suca şəhərləri arasındakı əsas yolda yüzlərlə avtomobili məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
ABŞ nəşri rusların ukraynalıların irəliləyişini dayandırmaq üçün bölgədəki körpüləri dağıtdıqlarını yazıb.
Körpülərin dağıdılması ilə Ukraynanın regiondakı “Siversk” əməliyyat-taktiki qrupunun təchizatının pisləşməsindən istifadə edən Rusiya və Şimali Koreya qüvvələri əks-hücumlarını gücləndiriblər. Qeyd olunur ki, əks-hücumların artmasından sonra Ukrayna qüvvələri Sucaya doğru geri çəkilirlər.
“Forbes”in fikrincə, geri çəkilmə Ukraynanın Kurskdan tamamilə çıxmasından xəbər verə bilər.
Ruslar geri çəkilmək ehtimalı yaranan Ukrayna qoşunlarının bütün yollarını MiQ-29-lar və PUA-larla bağlamağa çalışırlar.
“Düşmən Kursk vilayətində və beynəlxalq sərhəddə körpüləri dağıtmaqla “Siverski”nin buradan Ukrayna ərazisinə çıxışının qarşısını almağa çalışır”, - Ukrayna Müdafiə Strategiyaları Mərkəzindən nəşrə deyilib.
ABŞ nəşri hesab edir ki, Rusiya ordusunun məqsədi ukraynalıları Kurskda mühasirəyə alıb məhv etməkdir.