BAKI, 20 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruriliyi ilə bağlı açıqlamaları onun həmkarı Volodimir Zelenskidən qurtulmaq istədiyini göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” nəşri mənbələrə istinadla yazıb.

“Görünür, Tramp heç vaxt sevmədiyi və çətin adam hesab etdiyi Zelenskidən yaxa qurtarmaq istəyir. Söhbət seçkilərdən yox, Zelenskidən qurtulmaqdan gedir”, - qəzetin həmsöhbəti deyib.