BAKI, 6 oktyabr. TELEQRAF
İsrail Yerusəlim şəhərindəki (Qüds) Böyük Britaniya konsulluğunu bağlamaq planlarından imtina etməsə, London israilli diplomatları ölkədən çıxaracaq.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Qeyd edilib ki, Böyük Britaniya buna cavab olaraq Londondakı İsrail səfirliyinin təxminən 30 əməkdaşını ölkədən çıxara bilər. Britaniyanın Yerusəlimdəki konsulluğunda məhz bu sayda diplomat çalışır.