BAKI, 6 oktyabr. TELEQRAF
Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) sabiq rəhbəri Auqust Hanninq xarici dövlətin xeyrinə casusluq şübhəsi ilə saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, 1998-2005-ci illərdə BND-yə rəhbərlik etmiş A.Hanniq qurumun rəhbər aparatının keçmiş əməkdaşından pul müqabilində məxfi məlumatlar alıb. Həmin informasiyanı yenidən satmaq niyyətində olub. A.Hanninqə təxminən 2 min məxfi sənəd verilib.
Sənədlər arasında İranın nüvə proqramı və Rusiya ordusu ilə bağlı məlumatların, həmçinin xarici tərəfdaş kəşfiyyat xidmətlərindən əldə edilmiş materialların olduğu bildirilir.