BAKI, 6 oktyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) 2027-ci ilin sonuna qədər Rusiya qazından tamamilə imtina etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib.
Fon der Leyenin sözlərinə görə, Avropa İttifaqı Rusiya qazının istehlakını dayandırmaq planlarından imtina etməyəcək.
O bildirib ki, dörd il əvvəl qaz idxalının 45 faizi Rusiyadan gələndə Moskva Avropanı şantaj edirdi.
Avropa Komissiyasının prezidenti qeyd edib ki, Avropa birləşərək, bu vəziyyətdən daha güclü çıxıb.
Fon der Leyen əlavə edib ki, bu gün Rusiya qazının payı 45 faizdən 12 faizə düşüb və gələn ilin sonuna qədər sıfır olacaq.