BAKI, 6 oktyabr. TELEQRAF

Gürcüstan hakimiyyəti Brüsselin Avropa İttifaqını genişləndirmək niyyətində olduğuna şübhə ilə yanaşır.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Aİ liderlərinin genişlənmə bəyanatları səmimi deyil və qurum getdikcə bu vəddən uzaqlaşır:

"2022-ci ildən sonra Ukraynanın tezliklə birliyə qoşulacağı, hətta 2027-ci il yanvarın 1-nin üzvlük tarixi kimi göstərildiyi vəd edilsə də, həmin vaxt yaxınlaşır və heç kəs Kiyevi qəbul etmək niyyətində deyil. Artıq görürük ki, bizi tamhüquqlu deyil, ikinci dərəcəli üzv qismində qəbul etmək istəyirlər. Bu günlərdə Aİ-də səsvermə hüququ bərabər olmayan birinci və ikinci sinif üzvlərin yaradılması müzakirə olunur".