BAKI, 7 oktyabr. TELEQRAF

“MDB ölkələri regional və qlobal çağırışlarla bağlı vahid mövqe tutmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Belarus xarici işlər naziri Maksim Rıjenkov Türkmənistanda keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının deyib.

“Mümkün olduqda hər kəsi qlobal və regional təhdidlər, eləcə də Avrasiya qitəsində və qlobal miqyasda etimadın və bölünməz təhlükəsizliyin gücləndirilməsi məsələlərində vahid mövqeyə riayət etməyə çağırıram”, - nazir bildirib.

Rıjenkov həmçinin MDB-nin potensialını digər inteqrasiya birlikləri ilə uyğunlaşdırmaq təcrübəsinin genişləndirilməsini təklif edib:

“Dönülməz regionallaşma və polisentriklik kontekstində BMT qeyd-şərtsiz mərkəzi rolunu qoruyub saxlayarkən, Avrasiya İqtisadi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS və MDB də daxil olmaqla əsas inteqrasiya birliklərinin potensialını uyğunlaşdırmaq üçün əlavə addımlar atılmalıdır. Müsbət nümunələrə 2026-cı ilin may ayında Astanada MDB İcraiyyə Komitəsi ilə Avrasiya İqtisadi Komissiyası arasında 2026-2030-cu illər üçün əməkdaşlığın icrası üzrə fəaliyyət planının imzalanması daxildir. Hesab edirik ki, digər inteqrasiya birlikləri ilə də oxşar sənədlərin hazırlanması məqsədəuyğundur”.