BAKI, 6 oktyabr. TELEQRAF

“Rusiyanın ambisiyaları Ukrayna ilə məhdudlaşmır, daha genişdir”.

Teleqraf xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful deyib.

Vadefulun sözlərinə görə, müharibədən əvvəl Rusiyanın Ukrayna ilə yaxşı münasibətləri olub, heç kim tərəfindən təhlükə ilə üzləşməyib, Almaniya da daxil olmaqla bir neçə ölkə ilə əlverişli razılaşmaları olub:

“Məhz buna görə də Rusiyanın daha geniş planlarının olduğunu güman etməliyik”.

Almaniyanın xarici işlər nazirindən bununla nəyi nəzərdə tutduğu soruşulduqda, o, Rusiya Prezidenti Vladimir Putinin SSRİ-nin dağılmasını “XX əsrin ən böyük fəlakəti” adlandırdığı bəyanatını xatırladıb: “Əgər bu, ən böyük fəlakət idisə, deməli, bunun geri qayıtmasını istəyir”.

Yohann Vadeful vurğulayıb ki, bu, Ukrayna ilə yanaşı, Gürcüstan, Moldova və Baltikyanı ölkələrə - Latviya, Litva və Estoniyaya da aiddir.

“Əlbəttə, Almaniya yalnız öz ərazisinə hücum edildiyi halda özünü hücum obyekti hesab etməyəcək, eyni hal NATO müttəfiqləri Polşa, Estoniya, Latviya və ya Litvanın sərhədinin keçilməsi zamanı da baş verəcək”.