BAKI, 6 oktyabr. TELEQRAF
İsveç Ukraynaya dəstək üçün Polşaya raketdən müdafiə sistemləri və hərbçilər göndərir.
Teleqraf xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.
Məlumata görə, İsveç Polşanın şərq hissəsinə "Patriot" zenit-raket kompleksləri və 100-ə yaxın hərbçi yollayır. Dekabrın 1-də başlayacaq missiya təxminən yeddi ay davam edəcək. Bölmənin əsas vəzifəsi Polşanın Jeşuv şəhərində yerləşən və Ukraynaya lazım olan yüklərin daşınmasına nəzarət edən NATO mərkəzini qorumaqdır.
Həmin bazadan hər ay 18 min tondan çox müxtəlif material keçir.