BAKI, 21 oktyabr. TELEQRAF
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə oktyabrın 19-da qeydə alınıb.
Vahidov Vahim Xankişi oğlu idarə etdiyi “Mercedes-Benz Viano” markalı avtomobillə Masazır kəndində, Duzlu göl adlanan ərazidə piyada Zaur Zakir oğlu Əzimovu vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.