BAKI, 24 sentyabr. TELEQRAF

Çin cari ilin əvvəlindən iyunun sonunadək İrana dronlar və raket hissələrindən ibarət təxminən 1300 hərbi yük göndərib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, bu yüklərdən birini daşıyan təyyarə ABŞ və İranın atəşkəs razılaşması əldə etdiyi gün Tehranda eniş edib. Hesabata əsasən, təyyarə PUA hissələrinin və raketlərin idarəetmə sistemlərinin hazırlanmasında istifadə oluna bilən elektron komponentlərdən ibarət yük daşıyıb.

“Wall Street Journal” əlavə edib ki, iki gün sonra İrana dəyəri 6 milyon dollardan çox olan və PUA hissələrindən ibarət başqa bir yük göndərilib.