BAKI, 24 sentyabr. TELEQRAF
Pakistan təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində 19 terrorçunu məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.
Kvetta və Keç rayonlarında “Fitnə əl-Xəvaric” və “Fitnə əl-Hindustan” terror təşkilatlarına qarşı antiterror əməliyyatları keçirilib. Bir Pakistan əsgəri silahlılarla toqquşmada həlak olub.