BAKI, 24 oktyabr. TELEQRAF

Ekvadorda sabiq prezidentliyə namizəd Luisa Qonsales barəsində çirkli pulların yuyulmasında şübhəli bilinməsi ilə bağlı istintaq dövründə həbsdə saxlanılması barədə qərar verilib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hakim prokurorluğun vəsatətini təmin edərək Luisa Maqdalen Qonsales və iş üzrə digər iki şəxs barəsində ilkin həbs qətimkan tədbiri seçib.

Prokurorluğun məlumatına görə, Qonsales və digər şübhəlilər barəsində çirkli pulların yuyulmasında iştirak ehtimalı ilə bağlı cinayət işi açılıb.

İstintaqın versiyasına əsasən, “Vətəndaş inqilabı” hərəkatı 2023-cü il prezident seçkiləri kampaniyasını maliyyələşdirmək üçün karbohidrogen ticarəti sahəsində qanunsuz fəaliyyətdən əldə edilən vəsaitlərdən istifadə etmiş ola bilər.

Oktyabrın 22-də Ekvadorun keçmiş prezidenti Rafael Korrea Qonsalesin saxlanıldığını açıqlamışdı. Sabiq namizəd isə ona qarşı ittihamları absurd adlandırıb və hakimiyyəti siyasi rəqiblərini təqib etməkdə ittiham edib.