BAKI, 24 oktyabr. TELEQRAF
Ukrayna Xerson vilayətinin müvəqqəti işğal olunmuş Oleşki yaşayış məntəqəsində humanitar əməliyyat aparmaq üçün 27 oktyabr Kiyev vaxtı ilə saat 03:00-dan etibarən atəşkəs rejimi tətbiq edəcək .
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ukrayna Müdafiə Qüvvələri Oleşki sakinlərinə kömək etmək üçün əlindən gələni edir və həmvətənlərimizin təhlükəsizliyini təmin etmək və onları xilas etmək üçün bütün səylərini əsirgəməyəcək", - məlumatda qeyd olunur.
Qeyd edək ki, Rusiya Oleşkidə humanitar əməliyyat üçün 27 oktyabrda sükut rejimi tətbiq edəcək .