BAKI, 23 oktyabr. TELEQRAF

Xarici İşlər Naziri: Pezeşkyan gələn həftə Rusiyaya səfər etməyi planlaşdırır.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etdim və ikitərəfli münasibətlərdəki son inkişafları, eləcə də mühüm regional və beynəlxalq məsələləri ətraflı müzakirə etdik. Müzakirə olunan mövzular arasında siyasi-iqtisadi əməkdaşlığın inkişafı, birgə müqavilələrin həyata keçirilməsi və İranla Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi var idi. Biz həmçinin ortaq maraqların qorunması və regional sülh və sabitliyin gücləndirilməsi üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğuladıq. Bu müzakirələr və məsləhətləşmələr gələn həftə Moskvada hər iki ölkə prezidentlərinin iştirakı ilə davam edəcək", - deyə o qeyd edib.