BAKI, 23 oktyabr. TELEQRAF
Azərbaycan çempionatları tarixində yüksək liqada 15 000-ci qol vurulub.
Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Yubiley topu Misli Premyer Liqasının IX turunun "Zirə" – "Sumqayıt" qarşılaşmasına təsadüf edib. Görüşdə vurulan ikinci qol tarixə 15 000-ci kimi düşüb.
Tarixi topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.