BAKI, 23 oktyabr. TELEQRAF
Fransada bu həftə sonu keçiriləcək yeni etiraz dalğası zamanı ölkə daxilində təxminən 70.000 polis və jandarm yerləşdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes açıqlama verib.
Onun sözlərinə görə, Fransa boyunca təxminən 20 zirehli texnika və 15 su topu da yerləşdiriləcək.
Xüsusilə Paris, Marsel, Lion, Nitsa və Monpelye kimi bir sıra böyük şəhərlərin bəzi ərazilərində gecə komendant saatı tətbiq edilib.