BAKI, 23 oktyabr. TELEQRAF

Nyu-Cersi limanında qalan üç gənc delfin uğursuz xilasetmə cəhdlərindən sonra evtanaziya edilib.

Teleqraf xəbər verir ki, bu barədə "People" jurnalı Dəniz Məməlilərinin Xilasetmə Mərkəzinə (MMSC) istinadən məlumat yayıb.

Yerli ornitoloq 18 oktyabrda körfəzin dayaz sularında üzən delfinləri görüb. Heyvanlar - biri erkək, ikisi dişi - bataqlıq otlarının arasında qalıb.

Milli Park Xidmətinin əməkdaşları və könüllülər delfinlərin tapıldığı yerə gəliblər. Onlar heyvanları sudan çıxarıb ilkin baytarlıq müayinəsi aparıblar və onların sağ qalma şansının son dərəcə az olduğunu müəyyən ediblər. Müayinədən sonra mütəxəssislər bunu ən humanist addım hesab edərək heyvanları evtanaziya etmək qərarına gəliblər.