BAKI, 2 sentyabr. TELEQRAF

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Perm şəhərində raket mühərrikləri istehsal edən “Proton-M” müdafiə zavoduna dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Novıe Lyadı qəsəbəsində yerləşən istehs müəssisəsində yanğın baş verdiyini və yanğının sahəsinin 2,1 min kvadratmetr olduğunu bildirib.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Yerli mənbələr bildiriblər ki, söhbət qəsəbənin yaxınlığında yerləşən “Proton-M” zavodundan gedir. Bu, Rusiyanın raket-kosmik sənayesinin ən iri müəssisələrindən biridir və maye yanacaqlı raket mühərriklərinin istehsalı üzrə ixtisaslaşıb.

Zavod “Proton” və “Anqara” daşıyıcı raketləri üçün mühərriklər istehsal edir. Müəssisə “Roskosmos” dövlət korporasiyasının tərkibinə daxildir.