BAKI, 24 avqust. TELEQRAF

“Böyük Britaniya Rusiyaya qarşı müharibədə Ukraynanın tərəfində iştirak edir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Londonun Ukraynada uzun mənzilli SCALP raketlərinin istehsalı üçün məlumatları Ukraynaya ötürmək planlarını şərh edən Peskov Kremlin buna son dərəcə mənfi münasibət bəslədiyini vurğuladı.

“Böyük Britaniya bu müharibədə iştirak edir. O, bu müharibədə Kiyev rejiminin tərəfindədir”, - o vurğulayıb.