BAKI, 19 avqust. TELEQRAF
Qazaxıstanda “Orda” qəzetinin keçmiş baş redaktoru Gülnarə Bajkenova iki il şərti cəza ilə səkkiz il həbs cəzasına məhkum edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Almatı Məhkəməsi jurnalisti qanunsuz sahibkarlıqda, külli miqdarda mənimsəmədə və qəsdən yalan məlumat yaymaqda təqsirli bilib.
Məhkəmə Gülnarə Bajkenovanı beş il müddətinə jurnalistika və biznes fəaliyyətindən də məhrum edib.