BAKI, 13 avqust. TELEQRAF

Tanınmış rusiyalı strimer Kseniya Quzayeva Qazaxıstandan deportasiya edilib.

Teleqraf xəbər verir ki, bu barədə Astana Polis İdarəsi məlumat yayıb.

Quzayevanın deportasiya səbəbi internetdə təxribatçı açıqlamalar olub. Strimer artıq Qazaxıstanı tərk edib. Rusiyalının ölkəyə girişi beş il müddətinə qadağan edilib.

“Twitch” platformasındakı canlı yayımlar zamanı Quzayeva Qazaxıstan vətəndaşları, mədəniyyəti və adət-ənənələri haqqında alçaldıcı fikirlər səsləndirib. Bundan əlavə, strimer Qazaxıstanın ərazi bütövlüyünə qarşı çıxışları da olub.