BAKI, 24 iyul. TELEQRAF

“Qazaxıstanın neftdaşımaları üçün icarəyə götürdüyü tankerlərə dronlarla edilən hücumlar ticarət marşrutlarının təhlükəsizliyinə mənfi təsir göstərir”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev deyib.

“Hərbi müstəviyə keçən geosiyasi gərginlik ticarət əlaqələrinin dayanıqlığına son dərəcə ciddi təsir göstərir. Bu gün təchizat zəncirlərinin təhlükəsizliyi problemi getdikcə daha da aktuallaşır, o cümlədən Qazaxıstan üçün. Buna misal olaraq, enerji infrastrukturuna və Qazaxıstanın neftdaşımaları üçün icarəyə götürdüyü tankerlərə naməlum pilotsuz sistemlərin hücumlarını göstərmək olar. Belə şəraitdə ticarət marşrutlarının təhlükəsizliyinin təmin olunması istiqamətində birgə səylər xüsusi əhəmiyyət kəsb edir”, - nazir bildirib.