BAKI, 19 iyun. TELEQRAF
Rusiya vətəndaşlarının 74 faizi Prezident Vladimir Putinə etibar edir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın İctimai Rəy Fondunun 12-14 iyun tarixlərində 1500 rusiyalı arasında keçirdiyi sorğunun nəticələrinə dair hesabatında bildirilib.
“Rusların 74 faizi Vladimir Putinə etibar edib. Əhalinin əksəriyyəti – 75 faizi onun dövlət başçısı kimi yaxşı iş gördüyünə inanır”, - hesabatda qeyd olunub.
Sorğuda iştirak edənlərin 48 faizi Rusiya hökumətinin işini müsbət qiymətləndirib, respondentlərin 52 faizi isə Baş nazir Mixail Mişustinin yaxşı iş gördüyünü bildirib.
Hakim “Vahid Rusiya” Partiyasına dəstək səviyyəsi 38 faiz, Kommunist Partiyasına 9 faiz, Rusiya Liberal-Demokrat Partiyasına 12 faiz, “Ədalətli Rusiya” Partiyasına 4 faiz və “Yeni İnsanlar” Partiyasına 8 faiz təşkil edib.