BAKI, 10 iyun. TELEQRAF
Qazaxıstan Rusiya qazının Özbəkistana tranzitini artırmağa hazırdır.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib.
Onun sözlərinə görə, hazırda Moskva və Daşkənd bu məsələ ilə bağlı birbaşa danışıqlar aparır:
"Tranzitin həcmi ötənilki 4 milyard kubmetrdən ildə 11 milyard kubmetrə qədər – təxminən 3 dəfə artırıla bilər".
Nazir rəsmi Astananın bu əlavə həcmləri tam təmin etməyə hazır olduğunu vurğulayıb.