BAKI, 23 may. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov və tacikistanlı həmkarı Emoməli Rəhmon arasında telefon danışığı baş tutub.

Bu barədə Teleqraf Qırğızıstan KİV-nə istinadən xəbər verir.

Dövlət başçıları əsas istiqamətlər üzrə Qırğızıstan-Tacikistan əməkdaşlığının inkişafındakı müsbət dinamikanı məmnunluqla qeyd ediblər.

Prezidentlər ali səviyyədə keçiriləcək qarşıdakı görüşlərin, o cümlədən çoxtərəfli formatlar çərçivəsindəki tədbirlərin qrafikini nəzərdən keçiriblər. Bu xüsusda, Qırğızıstanın sədrliyi ilə Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitinə xüsusi diqqət yetirilib.