BAKI, 25 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəməndəki husilərin Ər-Riyadda istiqamətləndirdiyi ballistik raketi ələ keçirərək məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, vurulan raket gecə ərzində koalisiya qüvvələrinin ələ keçirdiyi ən azı üçüncü hava hədəfi olub.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi mümkün təhlükə ilə bağlı Ər-Riyadda yaşayan sakinlərə Milli Fövqəladə Hallar üzrə Erkən Xəbərdarlıq Platforması vasitəsilə bildiriş göndərib. Daha sonra qurum həyəcan siqnalının ləğv olunduğunu açıqlayıb.