BAKI, 18 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin 31 avqust-1 sentyabr tarixlərində Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
“Qarşıda bir sıra tədbirlər planlaşdırılır, o cümlədən Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak. Sammit 31 avqust-1 sentyabr tarixlərində keçiriləcək”, - Kremlin nümayəndəsi bildirib.