BAKI, 9 aprel. TELEQRAF
Qazaxıstan tərəfi "Tramp Marşrutu" layihəsi ilə yaxından maraqlanır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə məlumat verib.
Baş nazirin sözlərinə görə, Qazaxıstan hazırda bu nəqliyyat dəhlizinin açdığı imkanları və layihənin onlara verəcəyi konkret faydaları daha dərindən öyrənməyə çalışırlar:
"Bu, tamamilə açıq prosesdir, tərəfdaşlarımızdan gizlətmək niyyətində deyilik. Əlbəttə, Qazaxıstanı Ermənistan ərazisindən keçən yollardan öz ixrac-idxal əməliyyatları üçün istifadə etməyə, habelə bu marşrutu öz nəqliyyat zəncirinin bir hissəsi kimi nəzərdən keçirməyə dəvət etməyə hazır olmalıyıq".