BAKI, 5 mart. TELEQRAF
Ermənistan və Qazaxıstan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq.
Teleqraf xəbər verir ki, sənədin imzalanması təklifi bu gün Ermənistan hökumətinin iclasında təsdiqlənib.
Sazişə əsasən, tərəflər terrorçu və ekstremist qruplara qarşı mübarizə məqsədi də daxil olmaqla, qarşılıqlı maraq doğuran hərbi-siyasi hadisələr barədə məlumat mübadiləsi apara biləcəklər.
Həmçinin səlahiyyətli qurumların əməkdaşlarının təlimləndirilməsi üçün birgə tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Tərəflərdən heç biri digər tərəfin razılığı olmadan məlumatı üçüncü tərəflərə açıqlamayacaq.
İzahlı qeyddə iki ölkənin Müdafiə nazirlikləri arasında yüksək səviyyəli əməkdaşlıq və dialoq, müntəzəm məsləhətləşmələr və nazirlərin qarşılıqlı səfərləri qeyd olunub. Bildirilib ki, bunlar tərəflərin əməkdaşlığı dərinləşdirmək üçün qarşılıqlı istəyini nümayiş etdirir.